-
- 19-05-2021, 18:45
- 641
"Uzun geyindim, dedilər toy paltarıdır, amma..." - "Eurovision" iştirakçılarından Samirənin çıxışına REAKSİYA
Məlum olduğu kimi, artıq 2008-ci ildən bu yana Azərbaycan "Eurovision" beynəlxalq mahnı müsabiqəsində iştirak edir. Hər zaman fərqli və rəngli çıxışlarla seçilən ölkəmizi bu il müğənni Samirə Əfəndi təmsil edir. İfaçı ötən gecə ilk yarım finalda uğurlu çıxış edərək, finala vəsiqə qazanıb.
News24.az olaraq "Eurovision"un əvvəlki təmsilçiləri arasında Samirə Əfəndinin performansı ilə bağlı sorğu keçirdik.
Azərbaycana qalibiyyət qazandıran Nigar Camal həmkarı haqda bunları deyib: "Samirənin çıxışını çox bəyəndim. Çünki çox peşəkar idi. Layihə İsa Məlikovun olduğuna görə inanırdım ki, uğurlu olacaq. Səhnə quruluşunu, geyimi, ifanı çox bəyəndim. Heç bir qüsur tapmadım. Bu il maraqlı çıxışlar çox idi, amma bir çox ölkələrin səhnə quruluşları zəif idi. İtaliyanın, Fransanın mahnılarını çox bəyəndim. Lakin səhnə dizaynları xoşuma gəlmədi. Kipr bu ilin favoritləri arasındadır, ancaq mahnı sanki Ledi Qaqanındır. Ona görə də düşünürəm ki, şansımız böyükdür".
Nigar Camalın duet ortağı, ikinci "Eurovision" qalibimiz Eldar Qasımov da Samirəni uğurlu çıxışına görə təbrik edib: "İnanın ki, Samirənin çıxışı gözlədiyimdən də artıq oldu. Çox gözəl çıxış idi. Düzdür, mahnının əvvəlində səsi bir az həyəcanlıydı, amma dərhal özünü toparladı və uğurlu ifa təqdim etdi. Hətta o həyəcan Samirənin çıxışına bir rəng qatdı. Ölkəmiz üçün layiqli, fəxr ediləsi ifa idi. Bu il yeganə şərq üslübunda ifa Samirəyə məxsusdur. Düşünürəm ki, yaxşı yer tutacağıq. Bir daha burdan dünya azərbaycanlılarından həmrəylik nümayış etdirmələrini xahiş edirəm. Samirəyə dəstək olun və növbəti dəfə qalib olaq. Çoxları deyir ki, bu ilki "Eurovision" çox zəifdir, amma mən elə düşünmürəm. İlk yarım final məni çox qane etdi. Norveç, Malta, Kipr favoritlərim arasındadır".
Ölkəmizi 2014-cü ildə təmsil edən Dilarə Kazımova Əfəndinin çıxışını bəyəndiyini bildirib: "Samirənin çıxışı, ifası çox gözəl idi, bəyəndim. Məncə, ən uğurlu çıxışlardan biridir. Görmüşdüm ki, bukmeykerlər bizim finala keçə bilməyəcəyimiz haqda proqnozlar vermişdilər, amma əksi oldu. Düşünürəm ki, ən azı onluqda olacağıq. Ümumiyyətlə onların fikiri məni çox təəccübləndirdi. Mən müsabiqəyə gedəndə, bukmeykerlər mənim ən azı beşlikdə olacağımı söyləmişdilər, amma təəssüf ki, olmadı. Eşitdiyimə görə, Samirəni geyiminə görə çox tənqid edirlər. Amma bu doğru yanaşma deyil. Öz çıxışımda uzun paltar geyinəndə hər kəs mənə dedi ki, toy paltarı geyinib, niyə belə uzundur? Qısa geyinəndə də əksini deyirlər. Bu insan Azərbaycanı təmsil edir, tənqid etmək lazım deyil. Əksinə, dəstək olmalıyıq. Bu il Maltanı, İsraili, Ukraynanı və Litvanı bəyəndim".
"Eurovision 2018"-də ölkəmizi təmsil edən Aisel öz fikirlərini bizimlə bölüşüb: "Ən yaxşı çıxış Samirəninki oldu. Neçə ildir ora qatılmağı arzu edirdi. Ona görə də düşünürəm ki, hər şey yaxşı olacaq. Həm də Samirənin üstünə çox getdilər. Bu, doğru deyil. Onunla münasibətimiz də əladır. Həmkarıma uğurlar arzu edirəm".