Türkiyədə meşə yanır: əhali təxliyə edilir
    • Bu gün, 17:34
    • 67

Türkiyədə meşə yanır: əhali təxliyə edilir


Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat rayonunda meşə yanğını başlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə həm qurudan, həm də havadan müdaxilə olunur.

Əraziyə 1 helikopter, 11 su tankeri, 4 su çəni, və 110 canlı qüvvə ilə cəlb edilib.

Hadisə yerinə yaxın yaşayış məntəqəsindən əhali təxliyə edilir.