Özbəkistan cüdoçusu Olimpiya çempionu oldu
    • 28-07-2024, 23:47
    • 453

Özbəkistan cüdoçusu Olimpiya çempionu oldu


Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdo üzrə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Özbəkistan cüdoçusu Diyora Keldiyorova bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, finalda Kosovodan olan rəqibinə qalib gəlib.

Özbəkistan Prezideni Şavkat Mirziyoyev cüdoçu xanıma zəng edərək qələbə münasibəti ilə onu təbrik edib.