İdmançımız dünya çempionu oldu
    • 23-08-2023, 19:59
    • 359

İdmançımız dünya çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb.

News24.az report-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Məhəmməd Məmişova qalib gəlib.

Bu gün, həmçinin, 55 kq-da Mirxaliq İskəndərov bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə digər üç cüdoçu medal qazana bilməyib.