Çində 1300 illik məzar tapıldı - FOTO
    • 29-07-2024, 12:18
    • 197

Çində 1300 illik məzar tapıldı - FOTO

Arxeoloqlar Çinin şimalındakı Şansi əyalətinin paytaxtı Taiyuan şəhəri yaxınlığındakı dağda 1300 illik kiçik, lakin zəngin bəzəkli məzar tapıblar.

News24.az xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi olan Sinxua-nın məlumatına görə, məzar 618-907-ci illərdə hökm sürən Tan sülaləsinə aiddir.

Şansi Əyalət Arxeologiya İnstitutu bu kəşfi ilk dəfə 2018-ci ildə yol tikintisi tədqiqatı zamanı edib. Lakin onlar bu yaxınlarda öz nəticələrini dərc ediblər.

Qəbir daşı kitabəsinə görə, məzarın sahibi Kayyuan 736-cı ildə vəfat etmişdir. 63 yaşında öldüyü güman edilən bu adam elə həmin il dünyasını dəyişən həyat yoldaşı ilə birlikdə dəfn edilib.

Döşəmədən başqa hər yeri divar rəsmləri ilə örtülmüş qəbirdə gündəlik işləri görən insanlar təsvir edilib.

Çinli arxeoloqlar bu əsərlərin güclü konturları, sadə kölgələri və iki ölçülü dizaynları ilə eyni dövrə aid digər rəsmlərdən fərqləndiyini deyiblər.

Türbənin divarlarını əhatə edən rəsmlər arasında ən diqqət çəkəni əlində qutu tutan qadın və onun arxasında sarışın kişi təsviridir.

Əlində qamçı tutan bu adamın yanında üç at və bir dəvə dayanır. 

Tədqiqatçılar bu “Qərb” fiqurunun İpək Yolu üzərindən başqa ölkələrlə əlaqənin göstəricisi olduğunu düşünürlər.

Məryəm İlhamqızı