-
- 30-05-2019, 17:36
- 2 194
“Salaam Cinema Baku”nun binası tarixi abidələr siyahısına salınıb
Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb.
News24.az “Report”a istinadla bildirir ki, bu haqda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov deyib.
Onun sözlərinə görə, Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq belə bir qərar qəbul edib.
F.Hüseynov bildirib ki, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Son qərarı Nazirlər Kabineti verəcək. Hazırda həmin bina yeni aşkar olunmuş tarixi abidələr siyahısına salınaraq dövlət tərəfindən qorunur”.
Qeyd edək ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatr fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanısökəcəyini iddia edirdilər.
"Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.