Israildə Qərbi Nil virusu yayılır - ÖLƏNLƏR VAR
    • Bu gün, 14:24
    • 64

Israildə Qərbi Nil virusu yayılır - ÖLƏNLƏR VAR

İsrail Qərbi Nil virusu ilə mübarizə aparır.

News24.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi Qərbi Nil virusu diaqnozu qoyulanların sayının 710-a yüksəldiyini açıqlayıb. 

Nazirlikdən verilən açıqlamada Qərbi Nil virusunun yayıldığı iyun ayından bəri həyatını itirənlərin sayının 46 olduğu qeyd edilib.

Mütəxəssislər virusa yoluxanların 80 faizində heç bir əlamətin olmadığını, 20 faizində isə qızdırma, baş ağrısı və oynaq ağrıları kimi müxtəlif simptomlarla qarşılaşa biləcəyini bildirir. Bildirilir ki, virusa yoluxanların 1 faizində beyin iltihabı və ya meningit kimi simptomlar nadir hallarda müşahidə oluna bilər.

Məryəm İlhamqızı