Bu insanlar meymunçiçəyinə YOLUXMAYACAQ
    • 5-07-2022, 18:02
    • 812

Bu insanlar meymunçiçəyinə YOLUXMAYACAQ

Çiçək virusuna qarşı peyvənd olunanlar meymunçiçəyi virusuna yoluxmaya bilərlər. 

News24.az xarici mediaya istinadla bildirir ki, Türkiyənin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya professoru Dr. Reşit Mıstık bildirib ki, 1980-ci ildən bu yana çiçək virusuna qarşı peyvənd olunmuş şəxslərin bu virusa yoluxma nisbəti 85%-dir. 

Çiçək xəstəliyi peyvəndlə yox edilən ilk xəstəlik olduğunu və buna görə də Ümumdünya Səhiyyə Təşkilatının 1976-cı ildən bəri çiçək xəstəliyinin müşahidə edilməyib. Professor Dr. Reşit Mıstık bildirib ki, 1980-ci ildən sonra mülki vətəndaşlar üçün çiçək peyvəndi tələb olunmayıb. Bu səbəbdən 1980-ci ildən sonra doğulanlar bu xəstəlik üçün risk qrupu altındadır. Meymunçiçəyi virusu “Poxviridae” ailəsinin üzvüdür. Bu, onurğalılar, quşlar, sürünənlər və məməliləri yoluxdura bilir. Virus ilk dəfə 1958-ci ildə Kopenhagendə Von Maqnus tərəfindən kəşf edilib.

Meymunçiçəyi virusunun təbii qaynağının gəmiricilər olduğunu düşündüyünü bildirən Mıstık deyib ki, ən çox mərkəzi və qərbi Afrika ölkələrində müşahidə olunur. İnsanlar bu virusla təsadüfi qarşılaşırlar. Virus insandan insana keçə bilir, həmçinin meymunlar da bu virusa yoluxa bilir. Qədim Afrika məlumatlarına görə, yoluxanların dörddə üçü 15 yaşdan aşağı uşaqlardır.

Virus, əsasən, damcı, dəri, selikli qişa və cinsi yolla yoluxa bilər. İlk dəfə 2022-ci il mayın 7-də Belçikada aşkarlanan simptomlar digər ölkələrdə də müşahidə olunub. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi təsdiqləyib. Meymunçiçəyi virusunun törətdiyi xəstəlik çiçək xəstəliyinə bənzəyir. İnkubasiya dövrü 12-16 gündür. Qızdırma, baş və bel ağrıları baş verə bilər - qızdırma başlayandan 1-3 gün sonra çiçək xəstəliyinə bənzər əvvəlcə qızartı, şişkinlik və sonra şəffaf maye yaranır. Çiçək xəstəliyindən fərqli olaraq, bu xəstəlikdə çənə və boyunda limfa düyünləri şişir. Xəstəlik 2-4 həftəyə bitir. Peyvənd olunmayan uşaqlarda isə ölüm nisbəti yüzdə ondur.