Gözdə linza ilə yatmaq nələrə səbəb olur?
    • 29-07-2024, 16:05
    • 166

Gözdə linza ilə yatmaq nələrə səbəb olur?



Eynəklərdən fərqli olaraq, linza taxmaq daha əlverişlidir. Çünki görmə korreksiyası vasitəsi olduqca təhlükəsiz hesab olunur.

Buna görə də, bir çox insanlar yatmazdan əvvəl həmişə linzalarını çıxarmır. Bəs, gözdə linza olarkən yatmaq nələrə səbəb olur?

News24.az Lent.az-a istinadən xəbər verir ki, gecə yatmamışdan əvvəl linzaları çıxartmaq lazımdır. 

Əks təqdirdə gözlərin quruması kimi ciddi bir problemlə üzləşə bilər. Bununla da, insan göz infeksiyasına yoluxa bilər. Odur ki, riskə getməyin və linzalarınızı yatmamışdan əvvəl çıxardın.