Ceyranbatan su anbarında suyun səviyyəsi qalxdı
    • 29-07-2024, 17:32
    • 221

Ceyranbatan su anbarında suyun səviyyəsi qalxdı

Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda Ceyranbatan su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi 171.37 milyon kubmetrdir: "Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub".

Vurğulanıb ki, ötən ay gölün səviyyəsi 27,87 metr olub: "Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə 1 santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir.

Bu göstəricilər yay ayları üçün normal hesab olunur".