Kür çayında suyun səviyyəsi surətlə düşür - VİDEO
    • 12-01-2022, 18:29
    • 631

Kür çayında suyun səviyyəsi surətlə düşür - VİDEO

12 iyul 2021 tarixinədək Kür çayında suyun səviyyəsi 2 metr aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində irili-xırdalı xeyli sayda adalar yaranıb.

News24.az xəbər verir ki, bu da Kür boyunca quraşdırılmış su nasos stansiyalarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir.

Hazırda Kür çayının indiki vəziyyəti heç də ürəkaçan deyil. Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda bununla bağlı təxirəsalınmaz tədbirlər görülməzsə, vəziyyət acı sonluqla nəticələnə bilər.

Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür
Problemin başqa tərəfi də var: Kürün səviyyəsi aşağı düşdükcə və çayda şirin su azaldıqca Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaranır. Neftçalada bu problem son 2 ildə yaşanır. 

Digər önəmli məsələ isə kənd təsərrüfatı ilə bağlıdır. Belə ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi suvarma prosesində ciddi problemlər yaradır. Məsələ burasındadır ki, ölkə başçısı bir sıra müşavirələrdə bu problemi dilə gətirmiş və həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar vermişdir. Görünən odur ki, belə davam etsə, ekoloji fəlakət qaçılmaz olacaq. 

Mingəçevirdə yerləşən su anbarında ümumi vəziyyət də ürəkaçan deyil. Belə ki, anbarda maksimal norma 83 metr olsa da, hal-hazırda bu 71 metrdən azdır. İllər üzrə ümumi rəqələri diqqətinizə çatdırır və real mənzərəni əks elətdirən videonu təqdim edirik: 

Maksimal hədd 83 metr
2017- 72.9 metr
2018 - 71.82 metr
2019 - 70.35 metr
2020- 68.79 metr
2021 - 70.94 metr

/7NEWS.az /