Bıçaqlı hücum: Əksəriyyəti uşaqlar olmaqla yaralılar var
    • Dünən, 23:40
    • 58

Bıçaqlı hücum: Əksəriyyəti uşaqlar olmaqla yaralılar var

İngiltərənin Southport şəhərində bıçaqlı hücumçu qarşısına çıxan hər kəsi bıçaqlayıb. İlkin məlumata görə, əksəriyyəti uşaq olmaqla 8 nəfər yaralanıb, bir uşaq isə dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə yerindən bir neçə dəqiqəlik məsafədə yerləşən Hart küçəsində yaşayan bir qadın sirenlərin və onların üzərindən uçan helikopterin səsini eşitdiyini söyləyib.

"Sonra yerli "WhatsApp" qruplarında "pəncərələrini bağla, qapını bağla" mesajları yayılmağa başlayıb. Bizə dedilər ki, bir kişi ətrafda gəzərək insanları bıçaqlayır", - şahid qadın əlavə edib.

Qeyd edək ki, Mersisayd polis komissarı Emili Spurrellin verdiyi açıqlamaya görə, bu səhər Sautportda bıçaqlanma xəbərindən sonra bir nəfər həbs edilib. Polis saxladıqları şübhəlidən bıçaq götürüb.

Eyni zamanda, Liverpuldakı Alder Hey Uşaq Xəstəxanası hadisəni böyük insident elan edərək, valideynləri uşaqlarını yalnız "fövqəladə hallarda" Təcili Tibbi Yardım şöbəsinə gətirməyə çağırıb.

Onu da bildirək ki. polis hələ də qurbanların yaşını və şəxsiyyətini təsdiqləməyib.

Günel Məlikzadə