-
- 30-07-2024, 09:34
- 234
Kobaxidze: Ukraynada müharibə gələn il bitə bilər
Gürcüstanın “İmedi” telekanalına açıqlamasında baş nazir Kobaxidze ölkəsinin daxili və xarici siyasətini, regional və qlobal prosesləri dəyərləndirib.
News24.az xəbər verir ki, Kobaxidze “Xarici təsirin şəffaflığı” qanunu ilə əlaqədar ABŞ və Gürcüstan münasibətlərində yaşanan problemlərin həlli yollarına toxunub.
ABŞ-ın Gürcüstanın strateji tərəfdaş ölkəsi olduğuna diqqət çəkən Kobaxidze bildirib ki, ikitərəfli münasibətlər yenidən başlamalıdır.
Kobaxidze ölkələr arasında münasibətlərin yenidən başlaması üçün ilk növbədə ABŞ-da prezident seçkilərinin keçirilməli və Ukraynada davam edən müharibəyə son qoyulmalı olduğunu qeyd edib və deyib:
“Hər halda, düşünürəm ki, müharibə (Ukraynada) gələn il başa çatacaq. Müharibədən sonra istənilən administrasiya ilə münasibətləri bərpa etmək daha asan olacaq, “demokratlar” və ya 'Respublikaçılar'. Birləşmiş Ştatlar bizim strateji tərəfdaşımızdır və biz hazırıq. Əsas odur ki, biz növbəti addımları görürük. Təbii ki, münasibətlərin bərpasına heç nə mane ola bilməz".
Günel Məlikzadə