Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək
    • 1-06-2019, 14:14
    • 523

Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfər edəcək.

News24.az “Report”a istinadla xəbər verir ki, bunu İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Spiker səfərin iyun ayının üçüncü həftəsində baş tutacağını qeyd edib.

İ.Kobaxidze bildirib ki, Azərbaycana rəsmi səfəri çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ də müzakirə olunacaq: “Əminəm ki, azərbaycanlı dostlarımızla vəziyyətdən ən yaxşı çıxış yolunu tapacağıq. Ən əsası bu prosesdə maksimum səy göstərməkdir”.