İlham Əliyev Gürcüstana səfərə dəvət edildi
    • 16-03-2024, 15:10
    • 193

İlham Əliyev Gürcüstana səfərə dəvət edildi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mətbuat üçün bəyanatında deyib.

"Qarşılıqlı səfərlər davam edəcək, əməkdaşlığımız dərinləşdiriləcək. Biz bu əməkdaşlığı irəli aparmaq üçün tam şəkildə hazırıq. Mən Azərbaycan Prezidentini Gürcüstana səfərə dəvət etdim. Bu bizim üçün böyük şərəf olardı", - İ.Kobaxidze deyib.