-
- 30-07-2024, 12:32
- 546
Aqil Abbas geri çəkildi? - Özü açıqladı
VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürməsindən sonra digər iddialı şəxslərlə bağlı də analoji xəbərlər dolaşmağa başlayıb. Parlamentin VI çağırış deputatı olmuş Aqil Abbasın da iddiasından geri çəkilməsi ilə bağlı xəbərlər yayılıb.
News24.az bildirir ki, məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı olmuş Aqil Abbas yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
“Bu yalan xəbərdir. Mən artıq Dairə Seçki komissiyasında qeydiyyatdan da keçmişəm. Artıq deputatlığa namizədlik vəsiqəsini də almışam. Bu xəbərləri kimlər yayır, məni maraqlandırmır”, - deyə o əlavə edib.
Aqil Abbas namizədliklə bağlı bütün prosedurların tamamlandığını, bir həftədən sonra təbliğat kampaniyasına başlayacağını deyib: “İnşallah avqustun 9-da işimizə başlayacayıq”.
Qeyd edək ki, Aqil Abbas 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb idim. Həmin dairədən onun rəqibi YAP-ın namizədi Cəfərov Dəyanət Cəmil oğludur.