YAP bu dairələrdən namizəd irəli sürmədi -SƏBƏB
    • 29-12-2019, 01:30
    • 1 204

YAP bu dairələrdən namizəd irəli sürmədi -SƏBƏB

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın deputatlığa namizədlərini təsdiq edib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, YAP 125 seçki dairəsindən ikisində namizəd irəli sürməyib.

Belə ki, hakim partiyanın 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 Xankəndi seçki dairələrindən namizədi yoxdur.

Qeyd edək ki, 3 saylı seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev olub. Səttar Möhbalıyev bitərəf deputat olduğundan yenə də həmin dairədən namizədliyini irəli sürüb.

Xankəndi seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı isə Flora Qasımova olub. Flora Qasımova 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərə qatılmaqdan imtina edib. Həmin dairədən namizədliyini Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev irəli sürüb.