ABŞ-də vəhşi heyvanlarda koronavirus aşkarlandı
    • 30-07-2024, 13:14
    • 216

ABŞ-də vəhşi heyvanlarda koronavirus aşkarlandı

ABŞ-nin Virginia Tech şirkətinin alimləri SARS-CoV-2 koronavirusunun vəhşi heyvanlar arasında geniş yayılmasını aşkar ediblər. 

News24.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqat qrupu 23 müxtəlif heyvan növünün burun, ağız boşluqlarından və qanından götürülmüş nümunələri təhlil edib. Nümunə toplama sahələrinə həm insan fəaliyyətinin yüksək olduğu yaşayış məntəqələri, həm də ucqar təbii ərazilər daxildir.

Altı növ heyvanda virus, beş növdə isə infeksiyaya qarşı anticisimlər aşkar edilib. Genetik tədqiqatlar heyvanlarda mövcudluğu təsdiqləyib, insanlar arasında dolaşanlara bənzər unikal mutasiyalar müəyyən etdi. 

Alimlərin fikrincə, bu kəşf virusun insanlardan heyvanlara keçdiyini göstərir. Tədqiqatçılar əlavə edib ki, yoluxma nisbətləri ən yüksək ictimai yerlərdəki heyvanlarda müşahidə olunub.


Məryəm İlhamqızı