Ayaqqabıya duz tökməyin xeyirləri - ƏTRAFLI
    • 30-07-2024, 13:25
    • 518

Ayaqqabıya duz tökməyin xeyirləri - ƏTRAFLI

Ayaqlarımız bədənimizin bütün ağırlığını daşıyan və gün boyu aktiv işləyən orqanlardır. Gərgin işlərinə görə ayaqlarımız bəzən müəyyən problemlərlə üzləşə bilər. 

News24.az xəbər verir ki, ayaq gigiyenasını və ayaq sağlamlığını qorumaq üçün keçmişdən bəri istifadə edilən ayaqqabıya duz tökmə üsulundan faydalana bilərsiniz. Bu üsulla ayaq sağlamlığınızı qorumaq mümkündür. 

Ayaqqabıya duz tökmək vərdişi və faydalarını təqdim edirik:

Ayaqqabılara duz tökmək çoxlu faydaları olan sadə, lakin təsirli bir üsuldur. Duz nəm udma xüsusiyyətinə malikdir və beləliklə, ayaqqabıdan nəm çəkir. Bu, xüsusilə idman edən və bütün günü ayaq üstə qalanlar üçün əhəmiyyətli bir üstünlük olacaq.

Ayaqqabıların içinə tökülən duz həm də pis qoxuların qarşısını alacaq. Zərərsizləşdirici xüsusiyyəti ilə ayaq və ayaqqabılardakı pis qoxuları yox edir. O, həm də antibakterial kimi fəaliyyət göstərir və sağlamlıq problemlərinin qarşısını alır.


Məryəm İlhamqızı