-
- 4-08-2020, 18:30
- 20 141
Ayaq burxulmasına nə yaxşı gəlir? – Bunları etsəniz..
Ayaq burxulması idman, gəzinti və sadə hərəkətlərdə özünü büruzə verə bilər.
News24.az xəbər verir ki, şiddətli ayaq ağrıları və ya sınıq kimi hallarda həkim köməyi lazım olsa da, bəzi burxulmalarda alternativ müalicə üsulları mövcuddur.
Ayaq burxulmasının əlamətləri nələrdir?
- Ayağın qövsünün yaxınlığında ağrı və həssaslıq
- Gəzinti və ya fəaliyyət zamanı ağrı
- Qaralma və şişmə
- Ağırlığa tab gətirməmək
- Addım ata bilməmək
Mütəxəssislər qeyd edir ki, ayağınızda yüngül və ya orta dərəcədə bir zədə varsa, ayaq biləyiniz üçün aşağıdakıları sınaya bilərsiniz:
Buz metodu
Buz burxulmada istifadə olunan təsirli və sadə üsullardan biridir. Buz parçasını burxulan nahiyəyə parça ilə bağlayıb, 10 dəqiqə müddətinə gzöləmək faydalıdır. Buz ağrı və şişkinliyi azaltmağa kömək edir.
Ağrıyan nahiyəni yüksəkdə tutmaq
Ayaq biləyinizi yüksəkdə tutaraq, şişkinliyi azalda bilərsiniz. Bunun üçün ayağınızın altına bir yastıq qoymağınız əlverişlidir. Beləcə, qan az dövr etdiyindən ağrı azalacaq.
Zeytun
Zeytun ilə ayaq burxulması şikayətlərini təsirli bir şəkildə azalda bilərsiniz. Zeytun, soğan, duz və sarımsağı əzərək, burxulan nahiyəyə köməkçi vasitə ilə sarıyın. Qoxu ilə bağlı narahatlığımız varsa, bu prosesi axşam yatmazdan əvvəl icra edin.
Kələm
Kələm müalicəvi xüsusiyyətlərinə görə ayaq burxulması üçün təbii müalicə metodlarından biridir. Ayağın ağrısını azaldır və qısa müddət ərzində şəfa təmin edir. Kələmi orta temperaturda qaynatdıqdan sonra burxulan bölgəyə sarımaq effektlidir.