-
- 30-07-2024, 23:08
- 1 053
Yatmadan əvvəl 1 ovuc balqabaq tumu yemək.. - ARAŞDIRMA
Balqabaq tumunun sağlamlığa təsiri uzun müddət öyrənilib.
News24.az xəbər verir ki, son araşdırmalar balqabaq tumunun bilinməyən təsirləri ilə bağlı maraqlı tapıntılar ortaya çıxarıb. Balqabaq tumu əslində bir çox faydalı xüsusiyyətlərə malikdir.
Yatmadan əvvəl bir ovuc yedikdən sonra bir stəkan qaynar su içmək lazımdır. Bu üsul həzm sisteminin çox daha sürətli işləməsinə imkan verir və qəbizliyə son qoyur.
BALQABAQ TUMUNUN 5 FAYDASI
1. Zülal və Lif Mənbəyi:
Balqabaq tumları zülal və liflə zəngindir. Bu xüsusiyyəti sayəsində toxluq hissi verir və həzm sisteminə kömək edir.
2. Minerallar Mənbəyi:
Balqabaq tumları maqnezium, dəmir, sink və kalium kimi mühüm mineralların mənbəyidir. Bu minerallar bədən funksiyaları üçün lazımdır və siz balqabaq tumlarını istehlak edərək bədəninizin ehtiyac duyduğu mineralları qarşılaya bilərsiniz.
3. Ürək Sağlamlığına Faydalıdır:
Balqabaq toxumlarında ürək sağlamlığını qorumağa kömək edən sağlam yağlar var. Tərkibindəki fitosterollar sayəsində xolesterin səviyyəsini də tarazlaya bilir.
4. Antioksidant tərkibi:
Balqabaq tumları antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır və immunitet sistemini gücləndirir.
5. Yaxşı Enerji Mənbəyi:
Balqabaq tumları tərkibindəki sağlam yağlar və zülallar sayəsində enerji verir. Yorğunluq hissini azaldır və gündəlik enerji ehtiyacını ödəməyə kömək edir.
BALQABAQ TUMUNUN BİLİNMƏYƏN FAYDALARI
Antioksidantlarla zəngindir.
Diabet riskini azalda bilər.
Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.
Pis xolesterol səviyyəsini aşağı sala bilər.
Yuxunu yaxşılaşdırır.
Pəhriz qəlyanaltı üçün uyğundur.
Parazitlərin bədəndən çıxarılmasını təmin edir.
Sidik kisəsinin sağlamlığı üçün faydalıdır.
Sümük formalaşması üçün vacib bir qidadır.
Yaxşı sink mənbəyidir.
Saçlarınızı gücləndirir.
Spermanın keyfiyyətini artırır.
İmmuniteti gücləndirir.
Prostat sağlamlığını dəstəkləyir.
Dərinin sağlamlığını qoruyur.
Qəbizlik problemlərini aradan qaldırır.
Ürək sağlamlığını qoruyur.
Məryəm İlhamqızı