Qışda immunitet sistemini gücləndirən 8 qida- SİYAHI
    • 5-01-2023, 17:29
    • 566

Qışda immunitet sistemini gücləndirən 8 qida- SİYAHI

Qış aylarında immun sisteminin digər fəsillərə nisbətən zəifləməsi qidalanmaya diqqəti vacib edir. Buna görə də qışda immunitet sistemini güclü saxlamaq üçün düzgün qida seçimi etmək çox vacibdir.
 

News24.az qış aylarında immunitetinizi gücləndirəcək 8 qidanı təqdim edir:

Nar

Nar tərkibindəki zəngin C, E və K vitaminləri, həmçinin kalsium, kalium və maqnezium kimi minerallar sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qorunmağımıza kömək edir. Narın qabığının meyvə qədər güclü təsiri var. Bu səbəbdən narın qabıqlarını yaxşı təmizlədikdən sonra çay dəmləyib istifadə edə bilərsiniz.

Balqabaq

Balqabağın tərkibində olan A vitamini immunitetimizin güclənməsinə mühüm töhfə verir. A vitamini müxtəlif yoluxucu xəstəliklərin müalicəsində də əhəmiyyətli rol oynayır.

Balıq

Balığın tərkibində çoxlu omeqa 3 yağ turşuları, melatonin, triptofan və taurin kimi komponentlər var. Müntəzəm olaraq balıq istehlakı bağırsaqdakı faydalı bakteriyaların sayının artmasına da töhfə verir. Həftədə iki gün balıq yemək sağlamlıq üçün faydalıdır.

Heyva

C vitamini və fitokimyəvi maddələrlə zəngin olan heyva immunitetimiz üçün çox faydalıdır. 1/3 orta ölçülü heyva bir porsiya meyvəyə bərabərdir. Öskürək və ya boğaz ağrısı zamanı da heyvanı istifadə edə bilərsiniz.

İtburnu

İtburnu C vitamini ilə zəngindir. Bundan əlavə, tərkibindəki zəngin polifenolların təsiri ilə soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir. Lakin həddindən artıq qaynadıldıqda təsirini itirir. 

Kök

C vitamini ilə yanaşı, kalium və sink kimi minerallarla da zəngindir. Yerkökü həm də bağırsaq sağlamlığı üçün faydalıdır.
Kivi

Kivi polifenollar və C vitamini ilə zəngindir. 100 qramlıq kivi tək başına yetkin bir insanın gündəlik C vitamini ehtiyacını ödəyir./Habertürk/

Qumral Əliyeva