Robert Dauni Jr. sərvət qazanacaq
    • Dünən, 23:00
    • 65

Robert Dauni Jr. sərvət qazanacaq

"Şerlok", "Zodiak" və "Qisasçılar" kimi filmləri ilə tanınan məşhur amerikalı aktyor Robert Dauni Jr. O, Marvel Sinematik Kainatında canlandırdığı “Dəmir adam” obrazı ilə bütün dünyada böyük pərəstişkar kütləsi qazanıb. Sonuncu dəfə “Qisasçılar: Oyunun sonu” filmində görünən aktyor San Dieqoda keçirilən Komik-Konda pərəstişkarlarını təəccübləndirib.

News24.az xəbər verir ki, tədbirə qatılan aktyor maskasını çıxararaq yeni "Qisasçılar" filmində rol alacağını açıqlayıb. Amerikalı aktyor Marvelin şər personajlarından biri olan Doktor Doomu canlandıracaq. Filmin adı Avengers: Doomsday olacaq. Russo Qardaşları yenidən rejissor kürsüsündə oturacaqlar.

Qeyd edək ki, filmin rejissorları olan Russo qardaşlarının ümumilikdə 80 milyon dollar qazanacaqları bildirilib.

Tony Stark rolu ilə Marvel kainatında yeni çığır açan ulduzun yeni filmdən nə qədər qazanacağı maraq doğururub.

Variety-nin məlumatına görə, aktyor Marvel Sinematik Kainatında ən çox qazanan aktyor olacaq. Bütün Marvel filmlərindən cəmi 500-600 milyon dollar qazandığı təxmin edilən ulduzun Avengers: Doomsday filmindən nə qədər qazanacağı bəlli olmasa da, aktyorun 80 milyon dollardan çox qazanacağı dəqiqdir.

Günel Məlikzadə