-
- 30-07-2024, 23:30
- 360
Rusiya Hərbi Dəniz Qüvvələrinin böyük təlimi
Rusiya Hərbi Dəniz Qüvvələri böyük dəniz təlimlərinə başlayıb.
News24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi donanmanın Şimal, Sakit Okean və Baltik Donanmalarının əməliyyat zonalarında və Xəzər Donanmasının cavabdehlik zonasında 300 gəmi və 20 min nəfərlik şəxsi heyəti ilə təlimlərə başladığını açıqlayıb.
Nazirlikdən bu gün verilən açıqlamada bildirilib ki, döyüşlərdə 300-ə yaxın gəmi və kater, sualtı qayıq və yardımçı gəmi, 50-yə yaxın təyyarə, 200-dən çox hərbi və xüsusi texnika, 20 mindən çox hərbi qulluqçu və mülki heyət iştirak edir".
Həmçinin bildirilib ki, bir neçə gün ərzində üç donanmanın və Xəzər Donanmasının gəmi heyətləri, dəniz aviasiya bölmələri və sahil qoşunları silahlardan praktiki istifadə ilə 300-dən çox döyüş təlimi keçirəcək.
Məlumat verilib ki, təlimlərin əsas məqsədi Hərbi Dəniz Qüvvələrinin bütün səviyyələrdə hərbi komandanlıq və nəzarət orqanlarının fəaliyyətinə nəzarət etmək olub.
Qeyd olunub ki, təlimin digər məqsədi Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, hərbi dəniz aviasiya bölmələri və sahil qoşunlarının öz vəzifələrini təyinatı üzrə yerinə yetirməyə hazır olub-olmadığını yoxlamaqdır.
Günel Məlikzadə