Nigar Camal:
    • 31-05-2019, 12:04
    • 2 671

Nigar Camal: "Sənin əsirinəm" - VİDEO

Müğənni Nigar Camal yeni klip və mahnısını təqim edib.

News24.az xəbər verir ki, ifaçı "Sənin əsirinəm" adlı mahnıya çəkilən klip Ukraynada ərsəyə gəlib. Xarici komanda ilə işbirliyi quran ifaçı çəkilişlərin çətin şəraitdə keçməsinə baxmayaraq yorulmadığını bildirib: "Çəkilişlər çətin şəraitdə keçdi. Soyuq havada hovuza girdim. Əziyyət çəkdiyim məqam isə bədənimdən rənglərin silinməsi idi. Buna saatlarla vaxt getdi. Pozitiv və çalışqan komanda idi. Mən tənbəl insanları sevmirəm". 

İfaçı çəkdirdiyi kliplərin qiymətini açıqlamamasının səbəbindən də danışıb: "İstəmirəm desinlər ki, klipinin qiyməti ilə acıq verir. Belə şeylərlə özümü reklam etsəydim, evimi, bağımı maşınlarımı göstərərdim". 

Teymur MƏMMƏDOV

Video: Fərid ŞABANOV