Ukraynada silsilə partlayışlar baş verdi
    • Bu gün, 10:55
    • 65

Ukraynada silsilə partlayışlar baş verdi

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

News24.az "TSN" telekanalına istinadla xəbər verir ki, Kiyev vilayətinin Borispol və Brovarı şəhərlərində partlayışlar baş verib.

Oxşar xəbərlər Çerniqov vilayətinin Nijin şəhəri, Poltava vilayətinin Mirqorod və Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərlərindən də daxil olub. Partlayış səsləri Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Jitomir vilayətində və Xersonda da eşidilib.

Rəsmi məlumata görə, hava hücumu xəbərdarlığı bütün Ukrayna ərazisində qüvvədədir.


Məryəm İlhamqızı