-
- 31-07-2024, 16:57
- 247
Bloger canlı yayım zamanı 5-ci mərtəbədən yıxıldı
Praqada Ukraynadan gələn bloger yayım zamanı az qala öləcəkdi.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, 24 yaşlı TikToker beşinci mərtəbədəki mənzilin pəncərəsində təhlükəli hərəkət edib.
O, bir anda müvazinətini itirib və hündürlükdən yıxılıb.
Bildirilir ki, evin yaxınlığında bitən kollar onun zərblə yerə çırpılmasının qarşısını alıb. Buna görə də bloger ölməyib.
Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin sərxoş olduğunu bildiriblər.