Bakıda usta 3-cü mərtəbədən yıxıldı
    • 16-07-2024, 09:35
    • 96

Bakıda usta 3-cü mərtəbədən yıxıldı

Bakıda usta yeni tikilən binadan yıxılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.