Ərdoğan Haniyənin ailəsi ilə DANIŞDI
    • 31-07-2024, 17:06
    • 384

Ərdoğan Haniyənin ailəsi ilə DANIŞDI

Prezident Ərdoğan Tehranda sui-qəsd nəticəsində şəhid olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin həyat yoldaşı və uşaqları ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, Ərdoğan görüşdə Haniyənin xain sui-qəsd nəticəsində şəhid olmasından dərin hüznlə kədərləndiyini bildirib.

Xatırladaq ki, İran dövlət televiziyasının İnqilab Keşikçiləri Ordusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehranda iqamətgahına edilən terror aktı nəticəsində həyatını itirib.


Məryəm İlhamqızı