Ərdoğanın Haniyə ilə bağlı açıqlaması GÜNDƏM OLDU
    • 31-07-2024, 12:51
    • 705

Ərdoğanın Haniyə ilə bağlı açıqlaması GÜNDƏM OLDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra ilk açıqlamanı verib.

Bu barədə News24.az "Haber Global"a istinadən bildirir.

"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı Tehranda həyata keçirilən xain sui-qəsdi qətiyyətlə pisləyirəm.

Bu sui-qəsd fələstinliləri ruhdan salmağa və qorxutmağa yönəlmiş bir hərəkətdir. Lakin öz məqsədlərinə çata bilməyəcəklər.

Mənfur hücum nəticəsində şəhid olan qardaşım İsmayıl Haniyəyə Allahdan rəhmət diləyirəm, ailəsinə səbir, qəzzalı və fələstinli qardaşlarımıza, İslam dünyasına başsağlığı verirəm", - deyə Ərdoğan qeyd edib.