Pis qoxulardan qurtulmağın EFFEKTİV YOLU
    • 31-07-2024, 17:23
    • 369

Pis qoxulardan qurtulmağın EFFEKTİV YOLU

Bişirilən bəzi yeməklər özünəməxsus kəskin qoxusu ilə mətbəxə təsir edir. Əslində təzə bişmiş yeməyin qoxusu mətbəxi bürüyəndə sevinməlisən, amma hər yeməyin arxasında qalan qoxu o qədər də xoş deyil. 

Təbii üsullardan istifadə edildikdə otaqdakı pis qoxudan qısa müddətdə xilas ola bilərsiniz. 

News24.az mətbəxdəki pis qoxuları aradan qaldırmağın hiyləsini təqdim edir:

Təbii üsullar arasında effektiv həll yolu olan alma sirkəsi ilə pis qoxulardan xilas ola bilərsiniz. Qazanda 1 stəkan suya yarım çay stəkanı alma sirkəsi əlavə edib qaynatmağa başlayın. Qarışıq qaynadıqca otaqdakı pis qoxunun da tədricən yoxa çıxdığını görə bilərsiniz.


Məryəm İlhamqızı