-
- 31-05-2019, 13:54
- 1 685
Rikardo Kuarejma Bakıda fanatları ilə GÖRÜNTÜLƏNDİ - FOTO - VİDEO
Bu gün Gənclər və İdman Nazirliyində dünyaca tanınmış futbolçu, portuqal əsilli Beşiktaş futbol klubunun oyunçusu Rikardo Kuarejmanın pərəstişkarları və media mənsubları ilə görüşü keçirilib.
News24.az –ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov Rikardo Kuarejmanı diplomla təltif edib. Nazir bildirib ki, diplom Rikardoya futboldakı əməyinə və Azərbaycan-Portuqaliya dostluq münasibətlərinə görə təqdim olunur.
Bakıda qonaq olan məşhur futbolçu bir çox suallara cavab verib. Futbolun dost səfiri rolunda çıxış edən Kuarejma, Bakı haqqında olan təəssüratları ilə bölüşüb. Eyni zamanda Bakıda keçirilən UEFA Avropa Liqasının Finalı haqqında fikirlərini bildirib.
R.Kuarejma hər kəsi maraqlandıran Fənərbaxça klubunun ona olan marağı ilə bağlı suala belə cavab verib: “Mən Türkiyədə yalnız bir klub tanıyıram və o da Beşiktaşdır. Heç bir başqa Türk klubuna onu dəyişmərəm, o artıq mənim bir hissəmdir”.
Bakıda keçirilən final barədə danışan futbolçu tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edib: “Final çox gözəl səviyyədə keçdi. Hər iki komanda gözəl oyun nümayiş etdirdi və fikrimcə güclü olan qazandı. Mənim Çelsi ilə bağlı gözəl xatirələrim var. Və əlbəttəki onların hər uğuruna sevinirəm. Və suala cavab olaraq, bəli, Mən Çelsini dəstəkləyirdim”.
Bakıya ilk dəfə gəlmədiyini deyən Rikardo bildirib ki, daha öncə Azərbaycan millisinə qarşı oynadığını qeyd edib: “Amma onda şəhəri tanımağa vaxtım olmadı. Bakı çox xoşuma gəldi və artıq planımdadır ki, ailəmlə yay tətilində Türkiyədən sonra yenidən Bakıya gəlim”.
Suallara cavab verdikdən sonra Kuarejma onunla görüşə gələn fanatlarla şəkil çəkdirib, avtoqraf verib. Çox isti qarşılanan futbolçu öz səmimiliyi ilə də fanatların sevgisini qazanıb.
Qeyd edək ki, Rikardo Andrade Kuarejma Bernardu (Liman. Ricardo Andrade Kuarejma Bernardo; 26 sentyabr 1983, Lissabon) — qaraçı mənşəli Portuqal futbolçu, yarımmüdafiəçi, Türkiyənin "Beşiktaş" və Portuqaliya yığmasının oyunçusudur. Bir müddət əvvəl Portuqaliyanın "Sportinq" və "Porto", İspaniyanın "Barselona", İtaliyanın "İnter" və ingilislərin "Çelsi" klublarında çıxış edib. Quarejma Portuqaliya və İtaliya çempionatlarının qalibi, Portuqaliya, İtaliya, İngiltərə və Türkiyə milli Kuboklarının qalibi, UEFA Çempionlar Liqasının qalibi və Qitələrarası Kubokun sahibidir. Eyni zamanda Portuqaliya yığmasının heyətində 2012-ci il Avropa çempionatının bürünc mükafatçısıdır. Rikardo 2000-ci illərin ən texniki və futbol fəndlərinin ən populyar ifaçılarından biri sayılır, o cümlədən “Rabona” və “Trivel” kimi çətin yerinə yetirilən fəndlərə malikdir. Onu isə məşhur edən ayağının sağ çöl tərəfi ilə vurduğu sağ cinahdan dairəvi zərbələridir.
Üsyançı uşaqlıq
İnadkar, partlayıcı, əhval-ruhiyyə adamı, mürəkkəb şəxsiyyət kimi - yarımmüdafiəçinin karyerası boyunca bu cür adlarla çağırıblar. Ən yaxşı dostlardan biri, Kriştianu Ronaldo, çoxdan ləqəbini qaraçı deyə pisləyir. Baxmayaraq ki, 32 yaşlı Quarejma daha kamil görünür. "Beşiktaş" da uğurlu mövsüm və millinin uğurlu çıxışları buna sübutdur. Portuqaliyada həmişə iddia olunub ki, Quarejmanın istedadı Ronaldo ilə müqayisədə daha çoxdur. Ona görə də heç də bütün məşqçilər oyunçu ilə işləməyə razılıq vermirdilər — onun kollektivdə atmosferə ziyan vuracağından qorxublar. İllər sonra yarımmüdafiəçi özünü daha sakit aparmağa başlayıb. Bütün karyerası ərzində Kuarejma yalnız üç mütəxəssislə - Jorj Jezuş, Jesualda Ferreira və yığmanın hazırkı məşqçisi Fernanda Santuşla yola gedib.
Onu da bildirək ki, atasından futbolçuya qaraçı qanı miras qalıb, anası əslən Anqoladan olub. 6 yaşı olanda valideynləri boşanıb və atası çıxıb gedib. Rikardo gənc yaşlarından özü öz ayaqları üzərində dayanmağı öyrənib: "İnsanlar irqçi olduqlarını bəzən etiraf etmirlər, halbuki bu belə deyil. Mən qaraçı idim və ona görə də həmişə gülüş doğururdum. Buna səbəbdən də uşaqlıqda özümü usyançı kimi aparırdım”.
Emin QASIMOV
Video: Fərid ŞABANOV