Alimlər: Fil suitilərinin qanı ağciyər xəstəlikləri ilə mübarizə aparmağa kömək edəcək
    • Bu gün, 17:24
    • 53

Alimlər: Fil suitilərinin qanı ağciyər xəstəlikləri ilə mübarizə aparmağa kömək edəcək

Fil suitilərinin sualtı həyata uyğunlaşması sağalmaz ağciyər xəstəliyi ilə mübarizə aparan dərmanların hazırlanmasına kömək edə bilər. Bunu American Journal of Physiology-Regulatory, Integrative and Comparative Physiology (Am J Physiol) jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər üç fil suitisi və 14 təcrübəli dalğıcın qan nümunələrini analiz ediblər. Bəzi dalğıclar uzun və təhlükəli məşqdən sonra on dəqiqəyə qədər nəfəslərini tutmağı öyrənə bilirlər. Şimal fil suitiləri praktiki olaraq suyun altında yaşayır, hər 90 dəqiqədə bir dəfə nəfəs almağa qalxırlar.

Təhlillər müəyyən edib ki, sualtı həyata uyğunlaşdıqları üçün suitilər karbonmonoksitlə birləşən hemoglobin olan karboksihemoqlobinin daha yüksək səviyyəsinə malikdirlər. İnsanlarda oxşar səviyyələr karbonmonoksit zəhərlənməsinin simptomları ilə nəticələnəcək: ürəkbulanma və başgicəllənmə. Fil suitiləri də könüllü dalğıclar kimi eyni oksigen çatışmazlığı şəraitində daha sabit qan turşuluğuna sahib idilər./patrul.az