Hindistan vətəndaşlarını Livanı tərk etməyə çağırdı
    • 1-08-2024, 16:01
    • 219

Hindistan vətəndaşlarını Livanı tərk etməyə çağırdı

Hindistanın Beyrutdakı səfirliyi X sosial media hesabında paylaşım edib.

News24.az xəbər verir ki, Hindistan vətəndaşlarına son günlər bölgədə artan gərginliyə əsaslanaraq, növbəti xəbərdarlığa qədər Livana səfər etməmələri tövsiyə edilib.

Paylaşımda bütün Hindistan vətəndaşları Livanı tərk etməyə çağırılıb və ölkədə qalmağa davam edəcək vətəndaşlara səyahətlərini məhdudlaşdırmaq və diqqətli olmaq barədə xəbərdarlıq edilib.


Məryəm İlhamqızı