-
- 23-10-2023, 08:20
- 204
ABŞ-dan Livandakı vətəndaşlarına çağırış EDİB
ABŞ səlahiyyətliləri öz vətəndaşlarına “gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən” dərhal Livanı tərk etməyi tövsiyə edib.
News24.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, Livandakı ABŞ vətəndaşları gözlənilməz təhlükəsizlik vəziyyətinə görə dərhal ölkəni tərk etməlidirlər. "Dövlət Departamenti ABŞ vətəndaşlarına Livana səyahət etməməyi şiddətlə tövsiyə edir. Biz Livandakı ABŞ vətəndaşlarını hazırda kommersiya variantları ilə ölkəni tərk etmək üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məlumatda vurğulanır.