"Uber" BYD-dən 100 min elektrik avtomobili alacaq
    • 1-08-2024, 16:30
    • 1 092

"Uber" BYD-dən 100 min elektrik avtomobili alacaq

ABŞ-da yerləşən sərnişin daşıma tətbiqi Uber, Çin şirkəti BYD tərəfindən istehsal olunan 100 min elektrik avtomobilini qlobal avtomobil parkına əlavə etmək üçün razılaşma əldə etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, iki şirkət tərəfindən edilən açıqlamada, "Şirkətlər Uber sürücüləri üçün elektrik avtomobil sahibliyinin ümumi dəyərini azaltmağı, Uber platformasında elektrikli avtomobillərin qlobal yayılmasını sürətləndirməyi və milyonlarla sürücünü daha yaşıl gəzintilərlə tanış etməyi hədəfləyirlər" deyildi.

Günel Məlikzadə