Uber sürücüləri üsyan edir
    • 17-02-2024, 10:00
    • 228

Uber sürücüləri üsyan edir

2024-cü ilə yaxşı xəbərlərlə başlayan Uber, keçən həftə 1 milyard dollardan çox illik gəliri açıqlayıb. Bundan əlavə, şirkət eyni gün öz səhmlərindən 7 milyard dollar alacağını və beləliklə investorlarına böyük qazanc təmin edəcəyini açıqladı. Uzun illər itki ilə üzləşən şirkət üçün bu inkişaflar gözləniləndən daha müsbət görünür.

News24.az xəbər verir ki, ancaq bütün bu yaxşı irəliləyişləri indiyə qədər Uber sürücüləri hiss etməyiblər. Şirkətin ən mühüm paydaşları olduqlarını iddia edən sürücülər bütün Amerikada tətilə başlayıb və maaşlarının artırılmasını tələb ediblər. Əgər bu tezliklə baş verməsə, Uber xidmətlərinin bir çox şəhərlərdə, xüsusilə Çikaqo, Filadelfiya və Pitsburqda dayandırılacağı gözlənilir.

Sürücülərin şəxsi təhlükəsizlikləri ilə də maraqlandıqları və daha sağlam sürücülük təcrübəsi yaşamaq istədikləri bildirilir. Uber-in mətbuat katibi etirazların çox kiçik miqyaslı olduğunu və göstərdikləri xidmətə heç bir təsir göstərmədiyini iddia edib.

Bununla belə, mövcud məlumatların Uber sürücülərinin haqlı olduğunu tamamilə sübut etdiyini söyləyə bilərik. Sürücünün orta aylıq qazancı keçən illə müqayisədə 17% azalıb. Əvvəllər onlara verilən bonusların bir çoxunun ləğv olunduğundan şikayət edən sürücülər şirkətin əldə etdiyi külli miqdarda gəlirə görə haqqlarını ala bilməyəcəklərini düşünürlər.

Günel Məlikzadə