Bakıda avtomobil işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var
    • 29-04-2020, 23:45
    • 719

Bakıda avtomobil işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan 1979-cu il təvəllüdlü Məmmədov Xudaverdi Tofiq oğlu və 1989-cu il təvəllüdlü Mütəllibov Şahin Aydın oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. /Report.az/