Bakıda yüksək sürətlə gedən avtomobil QƏZA TÖRƏTDİ
    • 2-04-2020, 00:41
    • 1 069

Bakıda yüksək sürətlə gedən avtomobil QƏZA TÖRƏTDİ

Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı, “99-TB-492” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarəetməni itirib və əsas yoldan çıxaraq köməkçi yola keçib.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.