Yanvarın 1-dən vergi güzəştləri tətbiq ediləcək- Ticarət və ictimai iaşə sektorunda çalışanların NƏZƏRİNƏ
    • 31-05-2019, 17:44
    • 716

Yanvarın 1-dən vergi güzəştləri tətbiq ediləcək- Ticarət və ictimai iaşə sektorunda çalışanların NƏZƏRİNƏ

2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur. 

Vergilər Nazirliyinin ictimayətlə əlaqələr şöbəsindən «News24.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir.

Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.