Məşhur müğənni yenə hamilədir
    • Bu gün, 13:53
    • 99

Məşhur müğənni yenə hamilədir

"I Like It", "Bodak Yellow" və "Drip" kimi mahnıları ilə tanınan məşhur müğənni Kardi B hamilə olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, sosial media hesabından paylaşım edən 31 yaşlı ulduz üçüncü dəfə ana olmağa hazırlaşır.

Görkəmli qarnı ilə poza verən ulduz belə yazıb:

 "Hər son yeni başlanğıc deməkdir! Bu mövsümü sizinlə paylaşdığım üçün çox minnətdaram, siz mənə daha çox sevgi, daha çox həyat, ən əsası isə daha çox güc verdiniz!" dedi.

Məşhur reper, "Mənə hər şeyə sahib ola biləcəyimi xatırlatdınız! Həyat, sevgi və ehtiras arasında heç vaxt seçim etməməli olduğumu xatırlatdınız! Mən sizi çox sevirəm" deyərək, sözlərini davam etdirib.

Onu da qeyd edək ki, Cardi B-nin hamiləlik xəbəri əri Offsetdən boşanma müraciətindən bir gün sonra gəlib.

Günel Məlikzadə