"Beşiktaş" Superkubok matçına hazırdır
    • 2-08-2024, 13:56
    • 389

"Beşiktaş" Superkubok matçına hazırdır

"Beşiktaş" Turkcell Superkubokunda sabah Atatürk Olimpiya Stadionunda "Qalatasaray"la keçirəcəyi matçın hazırlıqlarını bu səhərki məşqi ilə tamamlayıb.

News24.az xəbər verir ki, baş məşqçi Giovanni van Bronckhorstun rəhbərliyi altında BJK Nevzat Demir Təsislərində keçirilən məşq isinmə hərəkətləri ilə başlayıb.

Daha sonra ötürmə və 5-2 top tutma hərəkətləri həyata keçirilib. Məşqin mətbuata qapalı hissəsində "Qalatasaray" matçına taktiki hazırlıq görüldüyü öyrənilib.

Digər tərəfdən Beşiktaş prezidenti Həsən Arat, vitse-prezident Hüseyn Yücel, vitse-prezidentlər Mete Vardar və Onur Göçmez, Beşiktaş Klubu Futbol Şöbəsinin müdiri Feyyaz Uçar və Beşiktaş Futbol Komandalarının baş koordinatoru Səməd Aybaba qara-ağlı komandaya mənəvi ziyarət edib. Prezident Arat və onu müşayiət edən şəxslər texniki heyət və futbolçularla qısa görüş keçirib.

Onu da bildirək ki, “Qara-ağlar” sabah (3 avqust) saat 21.45-də Atatürk Olimpiya Stadionunda Turkcell Superkubokunun finalında “Qalatasaray”la qarşılaşacaq.


Günel Məlikzadə