Qadın pedofil ərini polisə verdi: O, 13 yaşlı qızını...
    • Dünən, 23:45
    • 81

Qadın pedofil ərini polisə verdi: O, 13 yaşlı qızını...

Rusiyada ata yeniyetmə qızına qarşı cinsi zorakılıqda şübhəli bilinir.

News24.az Publika.az-a istinadən xəbər verir ki, pedofil olduğu iddia edilən şəxs saxlanılıb.

Belə ki, qızın 38 yaşlı anası polisə müraciət edərək, 40 yaşlı keçmiş ərini 13 yaşlı qızına sataşmaqda ittiham edib.

İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Zorakılığın bütün halları müəyyən edilir. Pedofil ata müvəqqəti saxlama təcridxanasına yerləşdiriləcək.