Bakıda pedofil futbol məşqçisi saxlanıldı  - SMS-lər üzə çıxdı
    • 18-07-2019, 00:28
    • 728

Bakıda pedofil futbol məşqçisi saxlanıldı  - SMS-lər üzə çıxdı

Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.


News24.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.


Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.


Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.


Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.