ABŞ İsrail əlavə döyüş təyyarələri və gəmilər göndərir
    • Bu gün, 10:55
    • 77

ABŞ İsrail əlavə döyüş təyyarələri və gəmilər göndərir

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, nazir Lloyd Ostin İranın mümkün hücumu halında İsrailə əlavə hərbi dəstək göndərilməsi barədə göstəriş verib.

News24.az xəbər verir ki, müvafiq olaraq, Pentaqon İsrailin “İrandan gələn təhdidlərə” qarşı təhlükəsizliyini artırmaq üçün bölgədəki Amerika hərbi varlığını mövcud vəziyyətə uyğun olaraq yenidən təşkil edəcək.

Bu çərçivədə nazir Ostin İsrailin regional təhlükəsizliyinin təmin edilməsində iştirak edən Amerika hərbi ünsürlərinin sayının artırılması və bölgəyə əlavə döyüş təyyarələri və döyüş gəmilərinin göndərilməsi barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ hazırda regionda fəaliyyət göstərən USS Theodore Roosevelt təyyarədaşıyan gəmisini əvəz etmək üçün USS Abraham Lincoln təyyarədaşıyan gəmisini göndərəcək.

Pentaqon həmçinin bölgəyə ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyserlər və esmineslər göndərəcək, həmçinin quruda ballistik raketdən müdafiə imkanlarını artıracaq.

Nazir Ostin həmçinin İsrailin müdafiəsi üçün Yaxın Şərqdə xidmət etmək üçün bölgəyə əlavə döyüş təyyarələri göndərəcək.

Günel Məlikzadə