İdmançımız 17-ci oldu - Paris-2024
    • Bu gün, 13:59
    • 39

İdmançımız 17-ci oldu - Paris-2024

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

News24.az xəbər verir ki, C finalında mübarizə aparan idmançı fərdi yarışda qüvvəsini sınayıb.

O, bu gün 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.