Olimpiya çempionlarımız vətənə qayıtdılar
    • Bu gün, 08:00
    • 57

Olimpiya çempionlarımız vətənə qayıtdılar


Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.

News24.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.

Xatırladaq ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.