İrəvanda atışma: yaralanan var
    • Bu gün, 14:00
    • 63

İrəvanda atışma: yaralanan var


İrəvanda atışma baş verib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, şəhərin Arabkir rayonunda 56 yaşlı Qagik Ağababyanla 46 yaşlı Karen Tumanyan arasında dava olub. Tumanyan üzərində gizlətdiyi tapançadan qarşısındakına iki dəfə atəş açıb. Nəticədə Ağababyan ayağından yaralanıb.

Faktla bağlı cinayət işi açılıb. Atəş açan şəxs saxlanılıb.