İranda məktəbdə atışma oldu
    • 25-01-2023, 18:37
    • 205

İranda məktəbdə atışma oldu

İranın Kərəc şəhərində məktəbdə atışma olub.

News24.az xəbər verir ki,  hadisə bu gün səhər baş verib.

Atışma nəticəsində bir şagird yaralanıb.

Məlumata görə, şagirdlərdən biri odlu silahla digər sinif yoldaşlarına atəş açıb. Yaralanan şagirdin vəziyyətinin qənaətbəxş olduğu deyilir.//apa