Bu gün DİM  TOEFL IBT və SAT  imtahanlarını keçirir
    • 1-06-2019, 13:14
    • 902

Bu gün DİM TOEFL IBT və SAT imtahanlarını keçirir

Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 1-də növbəti TOEFL IBT və SAT  imtahanları keçiriləcək.

DİM-dən News24.az-a verilən məlumata görə, imtahanlar Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. 

SAT imtahanında iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz). 

TOEFL IBT imtahanı isə saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. 

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz. 

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/